Kanadalı alimlər “tibbi ölüm” anlayışının yenidən nəzərdən keçirilməsinə səbəb ola biləcək bir araşdırmaya imza atıblar.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma beynin ölümdən sonra daha 10 dəqiqə çalışdığını müəyyən edib.
Beynin insan öldükdən sonrakı vəziyyətini araşdıran alimlər onun daha 10 dəqiqə ərzində delta dalğaları yaydığını müşahidə ediblər. Alimlər bu dalğaların normalda insan dərin yuxuda olarkən yayıldığına diqqət çəkirlər.
Həkimlərə görə, həyatını itirən bəzi xəstələrin beyni ölümdən sonra 10 dəqiqə ərzində dərin yuxuda olan bir insanın beyni kimi çalışır.
Bununla belə, alimlər bildirirlər ki, ölüm sonrası həyat üçün bunun nə anlama gəldiyindən bəhs etmək hələ tezdir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub