Demək olar ki, hər kəs artıq həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonları çox sevir. Bəs bu sevgi məhz bu cihazla evlilik həddinə qədər gəlib çata bilərmi? ABŞ-ın Las-Veqas şəhərində Aaron Çervenak öz "iPhone”u ilə nikah bağlayıb.
Amerikalı bunu gülüş üçün deyil, ictimaiyyətin diqqətini bir fakta yönəltmək üçün etdiyini deyir. İnsanlar öz mobil cihazlarından həddindən artıq asılı vəziyyətə düşüb və real həyatın mövcudluğunu demək olar ki, unudub. Aaron da insanların mobil telefonlara daha çox diqqət ayırmasına etiraz olaraq belə bir addım atmaq qərarına gəlib.
Qeyri-adi toy dünya mətbuatının da marağını cəlb edib. Aaron ümid edir ki, onun bu hərəkəti kimlərisə telefon asılılığı barədə düşünməyə vadar edəcək. Bəy tərəfindən çəkilən videoçarx ictimaiyyətin cihazlara olan sevgisinin "simvolik jesti” kimi qiymətləndirilir.(xezerxeber.com)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub