Ekologiya üçün dünyanın ən təhlükəli şəhərlərinin siyahısı hazırlanıb.
Mynews.az-ın xəbərinə görə, reytinqə Cənubi Koreyanın paytaxtı Seul başçılıq edib.
Alimlərin hesablamalarına əsasən, Seul il ərzində 267,1 meqaton karbon qazı istehsal edir.
İlk üçlüyə həmçinin Çinin Quançjou (272 meqaton) və ABŞ-ın Nyu-York (233,5) şəhərləri daxil olub.
Reytinqin növbəti pillələrində isə Honkonq, Los-Anceles, Şanxay, Sinqapur, Çikaqo və Tokio qərarlaşıb.
Qeyd edək ki, ekoloji reytinqin TOP-50-də 11 ABŞ və 10 Çin şəhəri var.
Siyahı Norveç, İsveç, ABŞ və Yaponiya alimlərinin birgə hesablamaları əsasında hazırlanıb. Ümumilikdə siyahıda 500 yaşayış məntəqəsinin adı var.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub