Fotoşopdan istifadə etməklə hətta balaca uşaq da qeyri-adi şəkilləri yarada bilər. Lakin peşəkar fotoqraflar var ki, fantastik şəkilləri yalnız öz istedadı və təxəyyülü sayəsində əldə edir. Orijinal peyzaj kadrları almaq üçün bilik, bacarıq, inkişaf etmiş fantaziya, yaradıcı təfəkkür və əlbəttə ki, əlində keyfiyyətli fotoaparatın olmalıdır. Lakin şah əsərin yaranması üçün, sən demə, bu da azdır! Bütün məsələ fotoqrafın adi əşyaları tanınmaz dərəcədə dəyişdirən sehrli rakursundadır. Əsas odur ki, əsl sənətkar illuziyası istənilən yerdə şah əsərin süjetini görə bilər. Bəzən kadrlar təsadüfi alınır, amma əksər hallarda ssenarini təbiət özü yazır və gözəl fotonun ideyası öz-özünə doğulur.
Fotoqraf Ramin Aslan da öz fotolarında Gədəbəyin dağlarını, əsrarəngiz təbiətini, orada yaşayan insanların həyat tərzini, hətta heyvanlar aləmini əks etdirməyə nail olub.
Mynews.az fotoqrafın Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşən Gədəbəydən çəkdiyi fotoları təqdim edir:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub