22 yaşlı Coni Barakadze öldükdən sonra ailəsi onu dəfn etməməyə qərar verib.
Gürcüstanlı Tsiuri Kvaratsheliya 20 ildən artıq müddətdə oğlunun cəsədini zirzəmidə saxlayıb.
22 yaşlı Coni Barakadze öldükdən sonra ailəsi onu dəfn etməməyə qərar verib. Səbəb isə gələcəkdə oğlunun atasını görə bilməsi idi.

Meyiti qadının zirzəmisinə yerləşdirirlər. O, ilk 4 il ərzində cəsədi mumiyalamaq üçün mayedən istifadə edib.
Lakin qadın yuxuda eşitdiyi səsi əsas gətirərək cəsədin üzərini digər maye (spirt) ilə silməyə başlayıb. Ana oğlunun meyitinin qaralması və çürüməsinin qarşısını almaq üçün hər gün bu prosesi icra edib.

Son illər yaş öz sözünü deməyə başlayır. Tsiuri sağlamlığı ilə bağlı problemlər səbəbindən cəsədə qulluq etməkdə çətinlik çəkib. Meyiti pəncərəyə malik tabuta yerləşdiriblər. Maraqlıdır ki, kişinin artıq 20 yaşı tamam olan oğlu atasını dəfələrlə görüb və qohumlarının düzgün qərar qəbul etdiklərini düşünür.
İnteraz
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub