Sixoloqlar ailə qurmaq üçün ən yaxşı yaşı müəyyən ediblər. İstiPress-in məlumatın görə, Yuta Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, ailə qurmaq üçün ən yaxşı zaman ali məktəbi bitirdikdən sonradır.
Sən demə 23 yaşa kimi nikaha daxil olan insanlar daha çox ayrılırlar. Ali məktəbi bitirdikdən sonra qurulan ailələr 37 faiz daha möhkəm olur. Evlilikdən öncə 2-3 il birlikdə olan cütlüklərdə də ailə münasibətləri uğurlu olur.
Mütəxəssislər düşünürlər ki, ali məktəbi bitirməmiş gənclər ailə həyatına hazır olmurlar. Lakin 23 yaşdan sonra onlarda məsuliyyət hissi artır, qazanclarına diqqətlə yanaşmağa başlayırlar.
Digər tərəfdən münasibətləri rəsmiləşdirməyə gecikməmək də tövsiyyə edilir. Xanımlara evlilik təklifləri 26 yaşa kimi edilməlidir. Bu yaşda xanımlar ətraf mühitin, yaxınlarının təzyiqləri ilə daha az üzləşir və yeni həyata daha yaxşı adaptasiya ola bilirlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub