Bakirə qız hamilə qala bilərmi ? - Mütəxəssis fikri
Son zamanlar sosial şəbəkələrin Azərbaycan seqmentində gənc xanımların ən çox verdiyi bir sual var. Bakirəlik pozulmadan hamilə qalmaq mümkündürmü?
Mynews.az bununla bağlı mütəxəssis rəylərini sizə təqdim edir:
Bakirəliyinin pozulmasından qorxan, lakin cinsi əlaqəyə girən cütlüklərin ehtiyat etdiyi məqamlardan biri də hamilə olub-olmamaqdır. Həkimlər deyir ki, bakirə ikən hamilə qalmaq nadir hallarda olsa da, mümkündür. Lakin hansı formada və dövrdə cinsi əlaqəyə girməyin hamilə qalmağa təsiri var.
Cütlükləri ən çox maraqlandıran məsələlərdən biri hansı formada cinsi əlaqəyə girdikdə hamilə qalmaqdır. Sürtünərək və ya alt paltarları ilə cinsi əlaqəyə girdikdə hər hansı bir şəkildə hamilə qalmaqdan söhbət belə gedə bilməz. Hamiləlik riski ancaq və ancaq vaginanın üzərində sürtünmə ilə cinsi əlaqəyə girildiyi zaman və vaginaya boşalma baş verdikdə mümkündür. Çünki spermalar vaginadan içəri daxil olduğu zaman hamiləlik prosesinin ilk addımı atılmış olur. Buna görə də "bakirəyəm hamilə qala bilmərəm" deyib arxayın olmağa dəyməz. Vaginanın üzərinə boşalma reallaşsa, qızlıq pərdəsi pozulmayan qız belə, hamilə qala bilər. Belə ki, qızlıq pərdəsi vaginanın təxminən 2-3 sm içərisindədir. Bu quruluşun ortasında da bir boşluq var. Yəni vaginanın iç qisminə doğru boşalma baş verdikdə, spermalar bu qismdən keçə bilər və hamiləlik yarada bilər. Qısası, bakirəlik heç bir formada hamilə qalmağa mane olan bir vəziyyət deyil.
Mütəxəssislərin sözlərinə görə, hamilə qalma ehtimalının yüksək olduğu dövr ovulyasiya dövrüdür. Bu dövrə yumurtlama dövrü də deyilir. Bu zaman kəsiyində cinsi əlaqəyə girilibsə və vaginanın ətrafına sperma tökülübsə, hamilə qalma ehtimalı olduqca yüksəkdir. Ancaq menstruasiya zamanı cinsi əlaqəyə girilsə belə, hamilə qalma ehtimalı demək olar ki, yoxdur. Lakin unutmaq olmaz ki, hamilə qalmaq üçün penisin vaginanın içərisinə daxil olması mütləq deyil. Yalnız spermaların də vaginanın içinə daxil olması hamilə qalmaq üçün kifayətdir. Bununla yanaşı, sürtünmə yolu ilə hamilə qalmaq aşağı bir ehtimaldır. Çünki vaginanın ətrafındakı ifraz spermaların ölməsinə səbəb ola bilər.
Goldnews.az
Maraqlı
- "Qalatasaray" azarkeşlərindən Vanda Naraya sərt reaksiya - "Biz Mauroya layiqli birini tapacağıq"
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş - Sevinc qətlə yetirilərkən hamilə olub 950 dəfə oxunub
- 4-cü kurs tələbəsinin meyiti tapıldı 943 dəfə oxunub
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı 933 dəfə oxunub
- Faciəvi şəkildə ölən İlahə tanınmış sənətçinin qızı imiş 927 dəfə oxunub
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək 917 dəfə oxunub