50 yaşlı aktrisa Salma Hayek təbii qocalmanın tərəfdarı olduğunu söyləyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa “Dujour” jurnalının üz qabığına çəkilib. Aktrisa müsahibəsində yaşı ilə birlikdə dəyişən gözəlliyi haqqında danışıb. O, gözəlliyini itirməkdən qorxduğunu, lakin hər hansı ineksiyalardan çəkindiyini etiraf edib:
“Əgər kimsə mənə daha yaxşı görünmək üçün kömək edə bilsəydi, bu yardımdan məmnuniyyətlə yararlanardım. Öz ərimi sevirəm və 70 yaşında da onun gözündə gözəl xanım kimi görünmək istəyirəm. İstərdim ki, o, mənə baxanda "Mənim qadınım qocalıb, amma gözəlliyini itirməyib", - deyə fikirləşsin".
Lakin məşhur milyarder Anri Pino ilə evli olan aktrisa botoksa inanmadığını deyib. Salma Hayek yaşlı aktrisalara qarşı münasibətin dəyişməsindən sevindiyini də dilə gətirib. Onun sözlərinə görə, yaşlı aktrisaların əsas rollarda çəkilməsi sevindirici haldır:
“Bəzən yaşlaşdıqca daha yaxşı personajlar çıxır. Ana rolunda oynamağı sevirəm və nənə obrazı yaratmağa şad olaram. Ömrünün son günlərinədək seksual gözəlçəni oynamaq düşünürəm ki, darıxdırıcıdır. Özümü güllələyə bilərəm”.






1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub