Rusiyanın "Azur Air" aviaşirkətinin Moskva-Antalya reysi ilə uçan təyyarəsində insident yaşanıb.
Mynews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvadakı Domodedovo hava limanının "Duty Free" bölməsində spirtli içki qəbul edərək sərxoş olan qadın sərnişin təyyarəyə minəndən sonra dava salıb.
Hava gəmisinin heyəti hadisə zamanı qadının əl-ayağını kəmərlərlə bağlamalı olublar.
Fəqət, sərxoş qadın sakitləşməyib. Ağlayaraq başını salonun divarına vuran qadın bunları deyib: "Sənə yalvarıram! Əllərimi bağlayıblar! Səninlə əlaqə saxlaya bilmirəm! Sən nə baş verdiyini görmürsən! Mənə bax! Qanıma bax! Onlar murdardır, yalançıdır! Onlar səni aldadırlar!"
Təyyarə Antalya limanına çatanda qadın sərbəst buraxılıb.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub