Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan Telman Şükürov bir cüt Tibet Mastifi cinsindən olan it satır. Qiyməti isə nə az, nə çox, düz 15 min manata.
Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, 1 yaş 2 aylıq olan itlərin doğum haqqında şəhadətnamələri və pasportları da var.
İtlər yarışlarda qələbə qazanıblar. Həmin yarışlarda əldə olunan mükafatlar da sənədlər arasında yer alır. Telman Şükürov deyir ki, itləri 1 il əvvəl Bakıda cütünü 5 min manata satın alıb. Heyvanlar Rusiyadan gətirilib.
Heyvanların sahibi bildirir ki, bu itləri satdıqdan sonra başqalarını satın alıb bəsləyəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub