Türkiyədə Anadoluya yaxın yerləşən bu kənddə siqaret çəkməyə qəbahət bir iş kimi baxılır. Üstəlik, kəndin girişinə də "Bu kənddə siaret çəkmək eyibdir!" yazılan bir löhvə asılıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, siqaret çəkənə qız verilməyən kənddə, qız istəməyə gələnlərə ilk sual olaraq kürəkən namizədinin siqaret çəkib çəkmədiyi soruşulur.
Demək olar ki kəndin bütün sakinləri siqareti tərgidib.
"İstifadə edən bir neçə adam kəndin xaricinə çıxır"
Kənddə siqareti ilk özünün tərgitdiyini deyən Kudbettin Sinet, "30 il gündə 2 paket istifadə etdim. Zərərli olduğunu xəstələndən sonra anladım və təgitmək qərarı aldım. Mən tərgitdikdən sonra yavaş-yavaş hər kəs buraxdı. İndi sağlamıq, rahat yaşayırıq. Kəndimizdə hələ də siqaret istifadə edən bir neçə nəfər var. Bunlar da evdə və kənddə çəkmir. Utandıqları üçün kəndin xaricinə çıxıb gizlicə istifadə edirlər. Xanımları da icazə vermir" deyib.
Bu kənddə siqaret çəkən heç bir kəs kəndin qızları ilə evlənə blməz.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub