“BBC”nin canlı efiri zamanı otağa anidən uşaqlarının və onları çölə çıxarmağa çalışan həyat yoldaşının girməsilə bütün dünyanın gündəminə düşən professor Robert Kelli bu dəfə ailəsi ilə canlı yayıma qatılıb.
“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, Seuldakı evlərindən canlı efirə qoşulan Robert Kelli o gün və daha sonra baş verənlərdən danışıb.
“O anda həyat yoldaşım Cunq-a-Kimin baş verənləri görüb onları həra hansı bir yolla otaqdan çıxarmağına ümid edirdim. Rəqs edərək içəri girən qızım Marionun oturub kitab oxumağını gözləyirdim. Oğlum Ceyms otağa daxil olandan sonra bütün ümidlərim suya düşdü. O dəqiqədən sonra BBC-nin yayımı bitirməyinə ümid edirdim”, - deyə professor qeyd edib.
O bildirib ki, hadisədən sonra telekanalın onunla bir daha əlaqə saxlamayacağını düşünüb: “Aramızdakı yayın əlaqəsini məhv etdiyimizi düşündüm”.
Robert Kelli vurğulayıb ki, hadisədən sonra yüzlərlə zəng gəlib: “İlk öncə çox narahat olduq, daha sonra isə buna çox güldük”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub