İranda azərbaycanlı qızın bədən üzvləri ehtiyyacı olan xəstələrə transplantasiya edilib.
Mynews.az xəbər verir ki, unikal əməliyyat oktyabrın 24-də Urmiya şəhərindəki dövlət xəstəxanasında həyata keçirilib. Belə ki, Urmiyə şəhərinin Tibb Universitetində bir neçə ildir ki, kliniki ölüm keçirən azərbaycanlı qadın 1991-ci il təvəllüdlü Jalə İsazadənin bəzi daxili orqanları ehtiyyacı olan xəstələrə bağışlanılıb.
Urmiya Şəhər Tibb Universitetinin Transplant Orqanlarının Tədarükü Mərkəzi unikal əməliyyat barədə açıqlama yayıb. Mərkəzin yaydığı açıqlamada bildirilir ki, J.İsazadənin bəzi orqanları onun ailəsinin razılığı ilə ehtiyyacı olan xəstələrə transplantasiya edilib. Bununla da o, 6 orqanını ehtiyyaclı xəstələrə hədiyyə edib.
Məlumatda J.İsazadənin bədən üzvlərinin köçürülməsi ilə İranda 4 xəstənin həyata qaytarıldığı bildirilir. Həmin xəstələrin İran vətəndaşı olan oğlan olduğu qeyd olunur.
Qeyd edək ki, J.İsazadə bir neçə il bundan əvvəl kliniki ölüm keçirib. Onun beyin anevrizması və qanaması nəticəsində beyin ölümünə düçar olduğu məlum olub. Həkimlər onun bir daha sağalmayacağını və uzun müddət koma şəraitində qalacağını təsdiq ediblər.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub