Bakının məşhur küçə ifaçısı Günə 70-100 manat qazanır - VİDEO

619
Bakının məşhur küçə ifaçısı Günə 70-100 manat qazanır - VİDEO

"İşimiz işdir” layihəsi bu dəfə  gənc bir küçə ifaçısı ilə tanış edəcək.

 Ələmdar Qələndərov bir ildən çoxdur ki, küçə ifaçısı kimi fəaliyyət göstərir. Onu paytaxdakı parklarda, piyada keçidlərində gitara ifa edən zaman görə bilərsiniz. 23 yaşlı gənc çörək pulunu gitara ilə çıxarır. Qazancı ilə ailəsinə dəstək olur.

- Gitara çalıb-oxumaq. Buna həvəs deyək, yoxsa məcburiyyət?

- Musiqi məndə həvəsdir. Bu həvəs uşaq yaşlarımda formalaşıb. İkinci sinifdə oxuyanda piano təhsili almağa başlamışam. Daha sonra baritonda çalmağı öyrənmişəm və nahəyət gitara... 1 ildən çoxdur ki, gitarada səlist çala bilirəm.

- Pianinodan gitaraya keçid çətin olmadı ki?

- Yox, gitarada müsuqi ifa etmək elə də çətin deyil. Mən gitara çalmağı 2-3 aya internetdən öyrənmişəm. Bunun üçün ayrıca təhsilim yoxdur. Sonra başladım gitarada çalıb-oxumağa. Dediyim kimi, bu işdə həvəs əsas rol oynayır.

- Küçə ifaçısı olmağın hansı çətinlikləri var?

- Çətinliyi odur ki, havalar soyuq olanda parklarda çalıb-oxumaq olmur. Məcbur olursan ki, piyada keçidlərinə düşəsən. Amma keçidlərin hamısında bizə icazə yoxdur. Səsim də buna imkan vermir. 3-4 saat fasiləsiz oxuduğum zaman səsim batır. Onun açılması üçün bir neçə gün gözləməli oluram. Həftədə maksimum iki dəfə belə ifa edirəm.

- Qazancınız nə qədər olur?

- Günə 70-100 manat arası qazanıram. Amma əlavə işlərim də olur. Arada şənliklərə, klublara da dəvət alıram. Həm özümü idarə edirəm, həm da ailəmə dəstək oluram.

- Küçədə tanıdığınız birini görəndə nə hisslər keçirirsiniz?

- Dost-tanış görəndə bəzən utanıram. Amma burada heç bir ayıb iş yoxdur. Mən zəhmətimlə pul qazanıram.

- Gələcəklə bağlı planlarınız nədir?

- Müğənni olmaq istəyirəm. Yenə də qismət, bilmək olmaz...

 

Xəbər lenti