Cinsi əlaqəyə girdiyi qadınları qarət edən şübhəli tutulub.
Hadisə müxtəlif tarixlərdə Türkiyənin Samsun şəhərində baş verib. İddiaya görə, Kürşat C. adlı şəxs cinsi əlaqəyə girmək üçün 1000 lirə qarşılığında razılaşdığı 53 yaşlı H.M. və 37 yaşlı A.D.K. adlı qadınlarla görüşüb. Şübhəli daha sonra cinsi əlaqəyə girdiyi iki və evin sahibi 39 yaşlı F.Ç. adlı qadını tapança ilə hədə-qorxu gələrək təxminən 4 min lirə pullarını mənimsəyib.
Ev sahibi F.Ç. digər tanışlarına zəng edərək şübhəlinin telefon nömrəsini verərək onun quldur olduğunu və zəng gələrkən diqqətli olmalarını bildirib. Kürşat C. dünən Atakum Mahalı Yeni Məhəllədə yaşayan 35 yaşlı G.G. adlı qadına zəng edərək pul qarşılığı cinsi əlaqəyə girmək üçün razılığa gəlib. Nömrəni tanıyan G.G. rəfiqəsi F.Ç.-ya zəng edib Kürşat C.-nin evə gələcəyini söyləyib. Məlumatı alan F.Ç. polisə olanlar haqda xəbər verib.
Evə gələn polis şübhəli Kürşat C.-nı üzərindəki sənədsiz tapançayla birlikdə tutub böməyə aparıb. Polisə ifadə verən F.Ç. bu vaxta qədər qorxduğu üçün şikayət edə bilmədiklərini deyib. Şübhəli isə ittihamları qəbul etməyib:
"Mən quldurluq etmədim. Pul qarşılığında razılaşıb cinsi əlaqəyə girdim", - deyib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub