Müsəlman qadın ona elçi gəlmiş kişinin yanında baş örtüsünü aça bilər. Yəni evdə adəti üzrə necə gəzirsə, o halda da məhrəmi ilə birlikdə elçi düşən oğlanın qarşısına çıxa bilər. Həmçinin bəzənməməli və zinət əşyalarından da istifadə etməməlidir.
Mynews.az zikr.az-a istinadən bildirir ki, Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadınla evlənmək istədikdə Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş. Çünki bu, aranızda sevginin davamına vəsilə olar". (Tirmizi, Nəsai, İbn Macə). Lakin naməhrəmlə yanında məhrəmi olmadan görüşmək olmaz: "Allah və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (İmam Əhməd).
Qeyd edək ki, bəzi alimlər bu halda baş örtüsünü açmağı qadağan etmişlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub