İnsanlar nadir hallarda özündən razı olur. Ona görə də plastik cərrahlar tox və qorxusuz yaşayır. Kimsə üzündə kiçik dəyişikliklər etdirməyi sevir, bəziləri isə bədənlərinin ən gözlənilməz yerlərində əməliyyatlar etməyi arzulayır. Bizə isə onları yalnız təbəssümlə, nifrətlə və ya təəccüblə müşahidə etmək qalır.
Publika.az bu yazıda oxucuları bədənlərinin ən həssas yerlərində edilən qəribə əməliyyatlarla tanış edib.
Elf (Elflər alman-skandinav və kelt folklorunda sehrli xalq) qulaqları


Elflər uzunsov qulaqları ilə məşhurdur. Bu əməliyyat xarici görünüşündən razı olmayan dəlisov insanlar arasında da çox dəbdədir. Bunun üçün qığırdaq kəsilir və sivri olması üçün yenidən yuxarıya doğru tikilir. Əməliyyat olunmuş qulaqları bir daha dəyişdirmək olmaz, sağalma müddəti isə çox uzundur.
Romb şəklində iti dişlər


İnsan dişləri təbiətən iti olur. Onlar hər cür bərk qidaların öhdəsindən gəlir. Amma belə görünür ki, bu, bəzilərinə azlıq edir və onlar dişlərini romb kimi iti uclu etdirir. Nəticədə bu insanlar köpəkbalığı kimi dəhşətli görünür.
Bədənə korset tikdirmək



Çoxlu sayda pirsinqin hesabına bədənində belə korsetlər etdirənlər də var. Bu cür "bəzək" XIX əsrdə sənaye texnologiyalarının inkişafı ilə əlaqədar dəbə mindi. Nazik lentlər pirsinqlərdən keçirilir və beləliklə korset təsiri bağışlayır. Bu, təkcə kürəkdə deyil, bədənin digər hissələrində də edilir.
Bublik alın

Bu qəribə kosmetik əməliyyat Kanadada icad edilib, amma yapon gənclərinin arasında daha çox populyarlıq qazanıb. İnsanın dərisinin altında duz məhlulu tətbiq edilir və beləcə alnında kiçik şiş peyda olur. Ortadan barmaqla basanda duz bubliki yaranır. Bu qəribə bublik alında sadəcə 16 saat qalır.
Dərialtı implantlar



Dərisinin altına implant qoydurmağa qərar verən insanlar üçün slikonlardan müxtəlif fiqurlar kəsib düzəldirlər. Nəticədə onlar dəridə rəsm əsəri kimi görünür. Əgər orqanizm yad maddəni qəbul etməzsə, onda bu, iltihaba, həssaslığının itirilməsinə və anatomik fəsadlara gətirib çıxara bilər.
Dəmir başlıqlar

Dərinin səthində də qəribə implantlar etdirənlər az deyil. Belə müdaxilələrə qərar verən insanlar tez-tez damarların və sinirlərin iltihabı ilə rastlaşır.
Qabırğaları çıxardanlar


Bəzi qadınların incə belli olmaq arzusu o qədər şiddətlidir ki, onlar hətta riskə getməyə hazırdır. Əvvəlki dövrlərdə qızlar incə belli olmaq üçün günün 24 saatı korset taxırdı. Bu da daxili orqanların deformasiyasına və başqa xəstəliklərə səbəb olur. Korset həvəskarları indi də mövcuddur. Bu gün beli təkcə korset vasitə ilə deyil, cərrahi yollarla da incəltmək mümkündür. Qeyd etmək lazımdır ki, bu həm ağır, həm də bahalı əməliyyatdır. Üstəlik bu əməliyyatı həyata keçirməyə hər həkim razı olmur.
Qanlı izlər...


Son illərdə döymənin daha müasir versiyaları dəbə minib. Onlardan biri müxtəlif naxışlı çapıqlardır. Bu proseduranı reallaşdırmaq üçün dəri neştərlə kəsilir və yerli anesteziya altında həyata keçirilir. Bu, qətiyyən məsləhət deyil, amma bəzi adamlar yanıq və ya kimyəvi maddələrin köməyi ilə bədənlərində çapıqlı rəsmlər yaradır.
Dili kəsmək


Fərqlənmək istəyən bəzi ağılsızlar dilin ucunu ortalarınadək yerli anesteziya altında neştərlə kəsdirməyə razı olur və bununla fəxr edir. Bir müddət sonra iki hissəyə bölünmüş dil sağalırvə iki başlı ilin kimi qıvrılır. Əməliyyatın peşəkar həkim tərəfindən həyata keçirilməsi vacibdir. Çünki dilin ortasından iki böyük arterial damarlar keçir. Xəsarət və çoxlu qanaxma ölümlə nəticələnə bilər. Sonda onu da qeyd edək ki, psixoloqların apardığı araşdırmalar göstərir ki, bu cür əməliyyatları adətən psixoloji problemləri olan insanlar etdirir.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub