USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bu qızcığaz dünyanı xilas edəcək İNANILMAZ - VİDEO

14:39 19.03.2017
Bu qızcığaz dünyanı xilas edəcək İNANILMAZ - VİDEO
14:39 19.03.2017
Anasına “Ana, onunla dost qalmağa hazırsanmı?”  sualını verən qızcığaz “Bəli” cavabını alır. Bundan sonra qız anasına inanılmaz məsləhətlər verir. 
Övladlarımız demək olar ki, çox vaxt məktəbə gedənə qədər sərbəst fikir yürütməkdə, hər hansı bir hadisəni ardıclıq olaraq nəql etməkdə çətinlik çəkirlər. Ancaq balaca Tiana bu məsələdə əksər uşaqlardan seçilir. Belə ki, qızcığaz həm sərbəst şəkldə, çaşmadan, kələmədən, çox düşünmədən fikirlərini, düşüncələrini aydın şəkildə ifadə edir. Balaca Tiana, həmçinin böyük yaşlı siyasətçilər, sosioloqlar kimi müstəqil fikir yürütməkdə də mahirdir. Tiana iki dəqiqə ərzində  atasından küsülü olan anasına elə bir “dərs” verib ki, bəlkə də bunu ən peşəkar mütəxəssislər belə bacarmazdı. 
 
Moderator.az böyüklərdən belə daha aydın düşünən balaca “sülh səfiri” Tiananın anası ilə dialoqunu təqdim edir:
 
“Tiana: - Ana, onunla dost qalmağa hazırsanmı?
Ana: - Bəli. 
- Dost qalmaq üçün çox böyütməyin. Mən hər şeyin sakit olmasını istəyirəm. Tamammı? 
- Tamam. 
- Sadəcə əlindən gələni et. Mən sənin və atamın dəyişməsini, kobud olmasını istəmirəm. Mən sənin və atamın oturuşmuş olmasını və dost olmanızı istəyirəm. Kobud davranmağa çalışmıram, sadəcə hər kəsin dost olmasını istəyirəm. Əər mən yaxşı biri ola bilirəmsə, məncə hamımız yaxşı insan ola bilərik. Kobud olmağa çalışmıram, amma qəlbimdən gəldiyincə ən yaxşısını etməyə çalışıram. Daha artığını deyil. Mən sən anamın,. Atamın, hər kəsin dost olmasını, gülümsəməsini istəyirəm, qəzəbli olmasını deyil. Mən hər şeyin gülməsini istəyirəm. Xüsusilə birini gördüyümdə onungülməsini istəyirəm, nənəmin, hər kəsin. Hər kəsin gülməsini istəyirəm. Əgər atamdan və səndən söhbət gedirsə, siz bunu bacararsınız. Məncə çətin hədəflərinizi aşağıya, bir az aşağıya yerləşdirə bilərsiniz. Sonra ikisi də baş tutar, tamammı?
Kobud və zalım biri olmaq istəmirəm, sabit olmağa çalışıram, yerdə, çox aşağıda deyil, düzdə, ortada, qəlbimin olduğu yerdə.  Mənim qəlbim başqa bir şeydi, hər kəsin də qəlbi başqa bir şeydir. Əgər hər kəsin kobud olduğu bir dünyada yaşasaq, gələcəkdə hər kəs canavar olar. Fərz edək ki, balaca insanlar var və biz onları yeyirik. Onları yesək kimsə qalmazdı, sadəcə canavarlar qalardı bizim yerimizdə. 
Hər kəsin bir fərd olması lazımdı, hər kəsin, mən və anam daxil hər kəsin. Hər şeyin yerbəyer olmasını istəyirəm, başqa heç nə. Hər şeyin ola bildiyi qədər yaxşı olmasını istəyirəm, başqa heç nə.
- Təşəkkürlər, Tiana. İndi Anaya bir öpücük ver. Səni sevirəm.
- Mən də səni sevirəm!”
 
Tiananı dinlədiksə insan ixtiyarsız olaraq düşünür ki, bəlkə də bu qızcığaz böyüyəndə dünyanı xilas edəcək…
 
 
Artıq internet məkanında fenomen olan Tiananın bu dialoqunun videosunu da təqdim edirik:
 
 

Xəbər lenti

300x200r