Xəzər TV-də yayımlanan "Diqqətli ol" verilişi maraqlı aksiya keçirib.
BAKU.WS xəbər verir ki, hər zaman müxtəlif sosial testlərlə paytaxt sakinlərini sınaqdan keçirən çəkiliş komandası bu dəfə yoxsul insanlara sovqat paylayıb. Lakin həddindən artıq səliqəli və bahalı geyinmiş gəncdən çoları hədiyyəni qəbul etməyib. Bunu görən əməkdaşlar geyimlərini dəyişərək yoxsul insan görünüşündə hədiyyələri yenidən paylayıb və bu dəfə yardıma ehtiyacı olan şəxslər bayram sovqatını qəbul ediblər.
Verilişdən sözügedən kadrları sizə təqdim edirik: