Dünyada ən sağlam ürəyə və arteriya sisteminə malik xalq Boliviyada yaşayan tsimane tayfasıdır
Nyu-Meksiko Universitetinin alimləri müəyyənləşdiriblər ki, onlar gec-gec ürək problemləri ilə üzləşirlər və hətta 80 yaşlı tsimanelinin arteriaları 55 yaşlı amerikalının damarlarından daha cavandır.
Alimlər Boliviyanın şimal-şərqindəki tropiklərdə yaşayan tsimanelərin 85 kəndini ziyarət ediblər və 40-94 yaş arasında 705 nəfəri müayinədən keçiriblər. Onların 85%-də ürək problemi ümumiyyətlə yox idi, yalnız 13%-də aşağı, 3%-də isə orta dərəcəli üərk çatışmazlığı aşkarlanmışdı.
Eyni vaxtda, 6814 amerikalının tibbi yoxlanışı zamanı onların yarısında orta yaxud yüksək səviyyədə ürək çatışmazlığı tapılıb.
Araşdırmalar tsimanelərin ürək sağlamlığını onların qida rasionu ilə əlaqələndirirlər. Belə ki, onların rasionu 72% zülaldan, 14% isə piydən ibarətdir. Amerikalılarda isə rasion 52% zülaldan, 34% piydən ibarətdir. Tsimanelərin daim hərəkətdə olması, ovçuluq, balıqçılıqla məşğuliyyəti, meyvə toplaması, 7 saat ayaqda qalmaları da əsas amillərdən biri kimi göstərilib.
Alimlərin fikrincə, bu araşdırma pəhrizin faydalı olması və fiziki aktivliyin müsbət cəhətlərini bir daha sübuta yetirir.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1525 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1488 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1487 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1475 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1475 dəfə oxunub