“Bədənüstü nəqqaşlıq” və rəsmlər XVIII əsrdə Avropada yaranıb. İlk dəfə köçəri artistlər tamaşaçılar qarşısında boyalarla bəzədilmiş bədənlərini nümayiş etdiriblər. İlk tatuaj ustaları isə Parisdə meydana gəlib. Onlar ilk dəfə olaraq canlı əsərləri rəngli şəkildə tatu formasında bədənə köçürüblər.
Tatuajın vətəni Haitidir. Həmin rəsmləri cinayətkar aləm bir-biri ilə “informasiya daşıyıcısı” kimi istifadə edirdi. Cinayətkarların vizit kartına çevrilən döymələrə görə onların keçmişi, həbs müddəti, milliyəti, dini mənsubiyyəti və cinsi oriyentasiyasını ayırd etmək olurdu.
"Qanuni oğrular"ın əsas tatuajı olan qartal şəklindən başqa kimsə istifadə edərdisə, onu ölüm gözləyirdi.
Son bir neçə ildir ki, xüsusilə gənclər arasında bədənə döymə vurdurmaq dəb halını alıb. Əksəriyyət bunu başqalarının diqqətini özünə çəkmək üçün etdirir. Bəziləri isə bədənlərində olan yara və ya fiziki qüsuru örtmək üçün tatuaja müraciət edir.
Qadınlar arasında xüsusilə kosmetik xarakter daşıyan tatuajlar dəb halını alıb. Əsasən, qaşlarına tatuaj etdirənlərin sayı çoxdur. Bəzən dodaqlarına da tatuaj ilə düzəliş etdirənlər olur.
Döymə-tatuaj ustası Kənan Həsənov məsələ ilə bağlı Metbuat.az-a açıqlamasında bu işlə artıq 15 ildir professional şəkildə məşğul olduğunu deyib:
“Son 6-7 il ərzində tatuaj edənlərin sayı artıb. Qiymətlər növə görə dəyişir. 18 yaşdan aşağı müraciət edən şəxsə heç bir halda tatuaj etmirəm. Müraciət edənlər arasında vəfat edən yaxınlarının şəklini bədəninə döydürənlər də var. Son illər isə gənclər arasında "Facebook" və "Google" yazılarını tatuirovka etdirmək istəyənlərin sayı çoxalıb”.

1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1525 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1488 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1487 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1475 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1475 dəfə oxunub