Bu ilin payız fəslində təqdim olunacaq “iPhone 8” modeli, xarici görünüşcə 2007-ci ildə satışa çıxmış orijinal “iPhone”a bənzəyəcək.
Mynews.az “technote”yə istinadən xəbər verir ki, “iPhone 8”in arxa paneli və kənar küncləri daha dairəvi formada olacaq. Beləliklə şirkət, 10 il bundan öncə satışa çıxmış orijinal “iPhone” modelinin dizaynını yenidən bərpa edəcək.
“iPhone 8”in arxa qapağı tamamilə şüşədən hazırlanacaq. Həmin şüşə isə 4 tərəfdən dairəvi formaya sahib olacaq” – deyə vurğulanıb.
Qeyd etmək lazımdır ki, daha əvvəlki məlumatlara əsasən “iPhone 8” 5.8 inç OLED ekrana sahib olacaq. Bununla yanaşı digər flaqman modelinin ekran ölçüsü 5.15 inç olacaq. Ekran altında olacaq yerlər isə virtual düymələr və barmaq izi skanı üçün nəzərdə tutulacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub