Biz əlimizə pul keçən kimi sürətlə mağazalara üz tuturuq. Hər yeni nailiyyət əldə etdikdə özümüzü çox xoşbəxt hiss edirik, ancaq bir neçə gün sonra əvvəlki sevincdən əsər-əlamət qalmır. Lakin sən demə, səyahət bizə nə maddi nemətlərdən daha çox xoşbəxtlik gətirir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər xoşbəxtlik gətirən amilləri araşdırmaq qərarına gəlib.
Bu mürəkkəb araşdırmada məlum olub ki, xoşbəxtliyimizin başlıca düşməni vərdişlərimizdir. Məsələ ondadır ki, həyatdan məmnunluq səviyyəsi aşağı düşən kimi biz alış-verişə qaçmağa məcbur oluruq. Beləcə hadisələr təkrarlanır.
Kornellinq universitetinin araşdırmaları göstərib ki, biz nəsə alanda, həm də səyahət zamanı eyni xoşbəxtlik hissini keçiririk. Və ən əsası, zaman keçdikcə aldığımız hər hansı əşya ilə bağlı sevinc səviyyəsi aşağı düşür. Lakin səyahət təəssüratları bizi daha uzun müddət xoşbəxtlik hormonları ilə təmin edir.
Müxtəlif tədbirlərdə iştirak etmək, səfərlər, yeni bacarıqların əldə edilməsi, eləcə də ekstremal təcrübələr ümumilikdə hər birimizin özünü xoşbəxt hiss etməsi üçün ideal ehtiyatdır.
Araşdırma rəhbəri Toman Ciloviçin qənaətinə görə, avtomobil və ya yeni qadjetlər zamanla bizim üçün adiləşir, xatirələr isə ömrü boyu bizimlə qalır və əsl sevinc mənbəyinə çevrilir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub