Qadın və kişi neçə yaşında formalaşır?

785
Qadın və kişi neçə yaşında formalaşır?

“Nickelodeon” televiziya kanalının apardığı araşdırmada məlum olub ki, kişilər 43 yaşında yetkinliyə çatır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, eyni araşdırmaya görə, qadınlar 32 yaşında formalaşır. Bunun səbəbi qadınların analıq duyğusunu daha dərindən hiss etmələridir. Atalıq duyğusu isə kişilərdə sonradan və yavaş-yavaş yaranır.

Araşdırmaya qatılan qadınların 80 faizi kişilərin 43 yaşında yetkinliyə çatmadığını və "Kişilərin heç vaxt böyümədiyini" deyib. Qadınların dörddə biri isə münasibətdə yetkin tərəfin özləri olduğunu və bütün vacib qərarları özlərinin verdiyini bildirib. Kişilərin dörddə biri hələ də uşaq olduqlarını və bu vəziyyətdən məmnun olduqlarını söyləyib.

Araşdırmaya görə kişilərin "hələ böyümədiyini" göstərən xüsusiyyətlər bunlardır:

1. Gəyirməyi komik hesab etmələri

2. Gecə ikidə yemək sifariş etmək

3. Avtomobili sürətlə idarə etmək və ya yandakı maşınla sürət yarışına çıxmaq

4. Söyüşlərlə danışmaq

5. Maşında yüksək səslə musiqi dinləmək

6. Mənasız zarafatlar etmək

7. Oyunlarda uşaqlarla rəqabət aparmaq

8. Mübahisədə səssiz qalmaq, danışmaqdan imtina etmək

9. Sadə yeməkləri də bişirə bilməmək

10. Dostları ilə birlikdə daim eyni məzmunlu lətifələrə gülmək

11. Özləri haqqında danışmamaq

12. Kitab oxumaqdan nifrət etmək

13. Axmaq kimi rəqs etmək

14. Anasına paltar yudurtmaq

15. Anasına yemək hazırlatmaq

16. Gecə klublarına idman ayaqqabısı ilə getmək

17. Tərəvəzə nifrət etmək

18. Üzərində cizgi film personajları olan yataq örtüklərində yatmaq

19. Tez-tez iş dəyişdirmək

20. Subaylığa vida şənliklərini həyəcanla gözləmək

21. Velosiped üzərində akrobatika etməyə çalışmaq

22. Ağır əşya qaldırdıqda özü ilə öyünmək

23. Pijama geymək, xüsusən də üzərində cizgi film personajları olan pijamalar

24. Qəribə sözlərlə qadınları tora salmağa çalışmaq

25. Yerə zibil atmaq

Xəbər lenti