Bu cür sevgi haramdır, insanı zinaya və axirət əzabına apardığı üçün onu unutmaq lazımdır. Həmçinin bilməlisiniz ki, Cənnət haram əlaqələrin davam etdirilməsi üçün yer deyil. Daha ətraflı: Haram sevgini necə unutmaq olar?
Səhih hədislərə görə qadın cənnətdə sonuncu həyat yoldaşı ilə birlikdə olacaq. Bu barədə Peyğəmbərə (salləllahu əleyhi və səlləm) aid bir hədis vardır. Peyğəmbərimiz (salləllahu əleyhi və səlləm) bu barədə belə buyub: "Hansı qadının, əri ölər və ondan sonra evlənərsə o, cənnətdə (dünyada olan vaxt nigahında öldüyü) son ərinin həyat yoldaşı olar". (Sahihul-Cəmi", 704).
Mynews.az zikr.az-a istinadən bildirir ki, Ummu Dərdanın (Allah ondan razı olsun) əri Əbu Dərda (Allah ondan da razı olsun) öldükdən sonra Muaviyə ibn Əbu Sufyan (Allah onların hər ikisindən də razı olsun) evlənmək üçün ona elçi göndərdi. Ummu Dərda (Allah ondan razı olsun) isə ona belə cavab verdi: "Mən Əbu Dərdadan (radıyəllahu anhu) eşitmişdim ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdi: "Hər bir əri ölmüş qadın, ondan sonra ərə gedərsə, cənnətdə sonuncu əri ilə bərabər olar". Buna görə mən Əbu Dərdanı (radıyəllahu anhu) sənə dəyişmək istəmirəm". (ət-Tabərani).
Həmçinin, Uca Allah buyurur: "Onlar üçün Axirət yurdu - əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: "Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!" (ər-Ra'd, 19-24).
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub