Uşağın dünyaya göz açması gənc ailələrin, eləcə də nənə-babaların ən böyük arzularından biridir. Onun sağlam və ya xəstə doğulması, hansı qan qrupu, hansı rezusla doğulmağı isə genlə bağlıdır.
Ümumiyyətlə, ana və atanın qan qrupu doğulacaq uşağın da cinsinə təsir edir. Məsələ ilə bağlı Avropa Psixoterapiya Assosiasiyasının həqiqi üzvü, beynəlxalq sertifikatlı həkim-psixoterapevt, seksoloq Şəmsəddin Babayev açıqlama verib. O qeyd edib ki, qadın I, kişi I qan qrupudursa, qız doğulur. Qadın I, kişi II oğlan; qadın I, kişi III qız; qadın I, kişi IV qan qrupudursa oğlan doğulur.
"Qadın II, kişi I qan qrupudursa, oğlan; qadın II, kişi II qız; qadın II, kişi III oğlan; qadın II, kişi IV qrupdursa, qız doğulma ehtimalı yüksəkdir. Əgər qadın III, kişi I qan qrupudursa, qız; qadın III, kişi II oğlan; qadın III, kişi III oğlan; qadın III, kişi IV qrupdursa, oğlan doğulma ehtimalı yüksəkdir. Qadın IV, kişi I qrupdursa, oğlan; qadın IV, kişi II qız; qadın IV, kişi III oğlan; qadın IV, kişi 4 qan qrupudursa, oğlan doğulur".
Həkim qeyd edib ki, qadında rezus-faktor mənfidirsə, yuxarıdakı nəticələr düz gəlmir. Qadında rezus-faktor (+), kişidə (-) olduqda oğlan doğulur. Qadında rezus-faktor (-), kişidə (+) olduqda oğlan olur. Hər ikisində rezus-faktor (+) olduqda qız, hər ikisində rezus-faktor (-) olduqda daha çox qız doğulur.
Daha etibarlı üsullar var, buna görə də ər-arvadla birlikdə fərdi hesablamalar aparılır.
//metbuat.az
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub