Amerikanın "Fortune" jurnalı dünyanın 3 ən varlı qadınının adını açıqlayıb. "Qaynar" istipress-ə istinadən xəbər verir ki, hər üçünün adı iri ticarət nişanı ilə əlaqəlidir.
Üçüncü yerdə - Jaklin Marsdır. O, dünyanın ən iri şirniyyat və uzun müddət saxlanılan məhsullar şirkəti "Mars Inc"in rəhbəridir və üçüncülüyə 27 milyard dollarla layiq görülüb.
İkinci yerdə geniş ticarət şəbəkəsi "Wal-Mart Stores"un sahibi Sem Uoltonun yeganə qızı Alisa Uolton qərarlaşıb. Dərginin ekspertləri onun varidatını 33.8 milyard dollar qiymətləndirir.
Siyahıya 39.5 mlrd. dollarla başçılığı Lilian Betankur edir. "L`Oreal" parfümeriya və kosmetika şirkətinin rəhbəri "Forbes" jurnalının hətta kişilər də olan siyahısında 2017-ci ilin yanvarında 14-cü yeri tutub.
Jaklin Mars
Alisa Uolton
Lilian Betankur