Haşmot Əli adlı şəxs Banqladeşdəki kiçik kənddə yaşayır. O, 20 il əvvəl kənd sakinləri ilə birgə balıq tutmağa gedərkən pələng onların olduğu qayığa atılıb. Yırtıcı pəncəsi ilə Əlinin üzünə zərbə endirib və onu suya atıb, bundan sonra özü də çaya düşüb. Oğlan pələng hadisə yerindən uzaqlaşdıqdan sonra balıqçı yoldaşları tərəfindən dərhal həkimə çatdırılıb.

Həkimlər onun həyatını xilas edə biliblər, lakin Əli hadisədən sonra ilk dəfə güzgüdə üzünə baxan zaman az qala hönkür-hönkür ağlayıb.

Kənd sakinləri ondan kənar gəzməyə başladı, ətrafdakıların xoşagəlməz baxışları ilə qarşılaşan Əli evdə oturmağa qərar verdi.

Balıqçı, artıq 20 ildir ki, üz örtüyü olmadan küçəyə çıxmır. Yerli sakinlər onu “üzsüz insan” adlandırırlar.

Pələngin pəncəsi ilə endirdiyi zərbə Əlinin üzünün sol tərəfini eybəcər hala salıb, ağız hissəsi dəhşətli hala düşdüyündən dişləri açıqda qalıb, burnunun qalığı isə əks tərəfə əyilib. Haşmotun plastiki əməliyyat üçün imkanı yoxdur. Belə bir əməliyyat onun üçün əlçatmaz xəyaldır. Lakin balıqçı bu gün daha çox özü və övladları barədə düşünür.
Əlinin iki oğlu və bir qızı var və o, atasının xarici görünüşü səbəbindən qızının ərə getməyəcəyindən ehtiyat edir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub