Planetimizdə ekologiyanın günü-gündən korlanması ilə əlaqədar tullantıların təkrar emalı ilə bağlı müxtəlif təkliflər üzə çıxır. Çindəki fabrik sahibləri də, yəqin ki, bunu özləri üçün nümunə ediblər, lakin istəkləri baş tutmayıb.
Məsələ burasındadır ki, Çində “İstehlakçı Hüquqları Günü” qeyd edilən zaman istehsalat sahələrində tez-tez reydlər aparılır. Bəzən belə reydlər vaxtı dəhşətli mənzərələr ortaya çıxır. Bu dəfə də, məhz belə olub.

Şandun əyalətinin şəhərciklərindən birində uşaq bezlərinin istehsalı üzrə fabrik aşkarlanıb. Burada yeni uşaq bezləri üçün xammal qismində artıq istifadə olunmuş bezlərdən istifadə edilib.

Sənədləşməyə görə, işçilər pambığı qocalar üçün istifadə edilmiş bezlərdən əldə ediblər və yeni uşaq bezlərinin istehsalında onlardan “bəhrələniblər”.
“Xammal”ın haradan alındığı naməlum olaraq qalır. Ola bilsin ki, fabrik sahibi yerli qocalar evi ilə hər hansı anlaşmaya malik olub.

Yaxınlıqda yerləşən evlərin sakinlərinin iddiasına əsasən, bu fabrikdən gələn dözülməz qoxu rayonun böyük hissəsinə yayılıb.

İndi bu fabriki bağlayacaqlar. Onun “məhsul”ları isə piştaxtalardan yığılacaq.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub