İran hakimiyyəti mövcud qaydaları pozaraq ictimai yerlərdə başını açıq qoyan qadınlara "kömək etmək" üçün xüsusi klinikalar açmaq niyyətində olduqlarını açıqlayıb. Bu barədə Mynews.az məlumat yayıb.
Tehranın Fəzilətin Təbliği və Pisliklərin Qarşısının Alınması üzrə Baş Qərargahının Qadın və Ailə İşləri Departamentinin rəhbəri Mehri Talebi Darestani, “Hicabı çıxaran klinikalar” qadınlara “elmi və müalicəvi yardım” göstərəcək", deyib. Onun sözlərinə görə, klinikalar ilk növbədə yeniyetmə və gənc qadınlarla işləyəcək. Xanım Darestani əmin edib ki, klinikalarda müalicə könüllü olacaq.
Bu, artıq bir çox qadın fəalları və insan haqları ictimaiyyətinin nümayəndələri tərəfindən şübhə altına alınıb: “Bura klinika yox, həbsxana olacaq”. Adının açıqlanmasını istəməyən gənc qadın isə deyib ki, biz elektrik kəsilməsi, normal yaşamaq uğrunda mübarizə aparırıq. Bu dövlət isə ancaq cındır parçaları ilə maraqlanır”.
Müşahidəçilər qeyd edirlər ki, belə klinikaların açılması barədə elan Tehran Universitetinin tələbələrindən birinin hicabın düzgün geyinilməməsinə görə təzyiqlərə etiraz olaraq küçədə alt paltarına qədər soyunmasından az sonra baş verib. Yerli mətbuatın məlumatına görə, o, əvvəlcə həbs edilib, sonra isə psixiatriya klinikasına yerləşdirilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub