Yaxın zamanlarda insanlar öləcəyini qabaqcadan proqnozlaşdıra biləcək.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin "The Teleqraf" qəzetində maraqlı məqalə dərc olunub. Məqalədə qeyd edilib ki, Stokholm Universitetinin alimləri duyğu hislərinin zəifləməsi və ya itirilməsinin insan həyatının yaxın zamanda sona çatmasına işarə olduğunu bildiriblər.. Alimlər 10 il ərzində 40-90 yaşlar arasında 1774 nəfərin üzərində araşdırma aparıblar. İlk mərhələdə insanlardan 13 müxtəlif qoxunu müəyyən etmək istənilib. Ortalama edilən 1 yalnış təxmin ölüm riskinin (bütün müşahidə zamanı) 8% artdığını göstərib. Alimlərin gəldiyi nəticəyə görə, qoxu duyma hissinin düzgün funksiyası insan beyninin sağlam fəaliyyətinin ilk göstəricisidir. Qeyd olunan hissin itirilməsi bir başa insan ömrünün bitməsinə işarədir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub