Öpüşmək, sevmək, saqqal İNSANLARIN ƏN QƏRİBƏ QORXULARI

695
Öpüşmək, sevmək, saqqal İNSANLARIN ƏN QƏRİBƏ QORXULARI

Günümüzdə geniş yayılmış əsəb pozuntularından biri də hər birimizin müşahidə etdiyimiz fobiyalardır. Yunan dilindən tərcümədə - "fobos" qorxu, həyəcan, təşviş mənasını verir. Fobiyalar dayanıqlı şəkildə yaranan qeyri-ixtiyari qorxulardır. Müxtəlif maraqlı növləri olan bu qorxular hər yaşda yarana bilər. Statistikaya görə, əhalinin 15-18%-də müşahidə olunan bu halların psixoterapiya yolu ilə müalicəsi mümkündür. Hətta bəzən dərman preparatlarının köməyi ilə də bu qorxuları aradan qaldırmaq olur.

Antropofobiya - insanlar

Akrofobiya - hündür yer

Amaksofobiya - maşın və ya nəqliyyat

Amofobiya - iti cisimlər

Aviofobiya - uçuşdan

Batofobiya - dərinlikdən

Bibliofobiya - kitablardan

Brontofobiya - göy gurultusundan

Dentofobiya - diş həkimindən

Entomofobiya - böcəklərdən

Endofobiya - paltarlardan

Farmakofobiya - dərmandan

Filemafobiya - öpməkdən

Filofobiya - sevməkdən

Fotofobiya - işıqdan

Gametofobiya – evlilikdən

Gerontofobiya - yaşlı insanlardan

Harpaksofobiya - cinayətə qurbanı olmaqdan

Helyofobiya - günəşdan

Hematofobiya - qandan

Hidrofobiya - üzmək və ya boğulmaq

Higrofobiya - yağışdan

Hipnofobiya - yatmaqdan

İslamofobiya - müsəlmanlardan

Logofobiya - bəzi cümlə və sözlər

Lokofobiya - ağ (rəng)

Monofobiya - təklikdən

Melanofobiya - qara (rəng)

Nelofobiya - pəncərədən

Obesofobiya - kökəlməkdən

Okofobiya - avtobusdan

Osmofobiya - müxtəlif iylərdən

Pantofobiya - ətrafda olan hər şey

Papirofobiya - kağızdan

Pedofobiya - uşaqlardan

Pogonofobiya - saqqal

Plakofobiya - çəhrayı (rəng)

Pelidofobiya - keçəllərdən qorxmaq

Qolossofobiya - ictimai yerdə danışmaq

Sinofobiya - çinlilərdən

Skiofobiya - kölgədən

Sosiofobiya - cəmiyyətdən

Takofobiya - yüksək sürətdən

Talassofobiya - dəniz və okeanlardan

Tanatofobiya – ölümdən

Teknofobiya - texnologiyadan

Testofobiya - testlər və imtahanlardan

Tokofobiya - hamilə qalmaqdan

Triskaidekafobiya - 13 rəqəmindən

Urofobiya – sidikdən qorxmaq

Venüstrafobiya - gözəl qadınlar

Zoofobiya – heyvanlardan .

Ətrafımızda bir coxlarının, eləcə də məşhurların, tarixi şəxsiyyətlərin maraqlı fobiyaları var. Onlardan ən maraqlılarını sizə təqdim edirik:

Hollivud ulduzlarından olan Cennifer Lopes istiotdan qorxur. Deyilənə görə o,istiotun adını belə çəkə bilmir.

Amerikalı cazibədar aktrisa Meqan Foks kağızdan qorxur. Maraqlıdır, görəsən o, məktəb illərində bu qorxunun öhtəsindən necə gəlirdi .

Pop musiqisinin kraliçası sayılan məşhur müğənni Rihannanın suya qarşı fobiyası var. Kiçik yaşlarında boğulma təhlükəsi yaşayan Rihanna bu günə kimi sudan qorxur.

Türk aktrisası Fəxriyə Evcən elektrikdən çox qorxur. Buna səbəb tələbəlik illərində universitetdən çıxarkən yolda olan bir elektrik naqilinin qopub onun üstünə düşməsi, paltarının və saçlarının bir hissəsini yandırması olub.

Gözəl aktrisa Kameron Dias qapı cəftələrindən qorxur. Yaxşı ki, ona hər zaman qapı açanlar var.

Məşhur Hollivud aktrisası Nikol Kidman isə kəpənəklərdən qorxur.

Tanınmış Hollivud rejissoru, qorxu filmlərinin mahir ustası Alfred Hiçkok ovofobiyadan - yumurta qorxusundan əziyyyət çəkirdi. Yumurtalardan iyrənən rejisor ömrü boyu bir dəfə də olsun, yumurtanın dadına baxmayıb. Yumurtanı xatırladan istənilən yumru formalı əşya belə Hiçkokun qorxusuna səbəb olurdu.

Psixoanalizin yaradıcısı Ziqmund Freyd odlu silahdan və ayıdöşəyi bitkisindən qorxurdu. Silahdan qorxmasını seksual və emosional baxımdan yetərincə inkişaf etməməsi ilə əlaqələndirən Freyd daha çox qatardan qorxurdu. Ona görə heç zaman dəmir yolundan nəqliyyat vasitəsi kimi istifadə etməyib.

Tarixin ən məşhur fiziklərindən olan Nikola Tesla isə hermafobiyadan əziyyət çəkib. Mikrobdan ehtiyatlanan alim insanlara və əşyalara toxunmaqdan qaçırdı. Tez-tez əllərini yuyan Serb mənşəli fizik həm də zinət əşyalarına qarşı dözümsüz idi. Xüsusən mirvari sırğalar Teslanın ən böyük fobiyası olub.

Alman şairi İohan Volfqanq fon Höte hündürlükdən dəhşətli dərəcədə qorxurdu. O, fobiyasına qalib gəlmək üçün hər gün Strasburq şəhərindəki Müqəddəs Münster kilsəsinin başına çıxırdı.

ABŞ-ın 37-ci prezidenti Riçard Niksonda nozokomefobiya əlamətləri olub. Prezident qorxurdu ki, xəstəxanaya düşdükdən sonra heç zaman oranı tərk edə bilməyəcək. Yalnız həyati təhlükəsi olan zaman prezident xəstəxanaya getməyə razılıq verib.

Dünya tarxinin ən məşhur sarışın xanımı, aktrisa Merilin Monro aqorofobiyadan (açıq məkan və insan kütləsindən qorxmaq) əziyyət çəkib. Qəribə səslənsə də, minlərlə pərəstişkarı olan aktrisa alçaq tavanlı, kiçik otaqlardan ibarət mənzillərdə özünə rahatlıq tapırdı.

Xəbər lenti