Gürcüstanda maraqlı bir hadisə baş verib. Övladlığa götürüldüyünü öyrənən jurnalist Tamuna Museridze, həm öz bioloji ailəsini tapmaq, həm də digər övladlığa götürülmüş uşaqların bioloji ailələrinə qovuşmasına kömək etmək üçün Facebook səhifəsi yaratdı. Övladlığa götürüldüyündən xəbərsiz böyüyən Museridze, 8 il ərzində öz ailəsini axtardı.
Gözlənilməz olan isə, onun bioloji atası ilə heç gözləmədiyi bir yerdən tanış çıxması oldu.
Museridzenin araşdırmalarından sonra bir qadın onunla əlaqə saxlayaraq xalasının keçmişdə hamiləliyini gizlətdiyini və DNA testi etdirməyə razı olduğunu bildirib. Test nəticələri çıxanda Museridze qadının həqiqətən onun anası olduğunu öyrənib. Anasından atasının Gürgen Korava adlı bir şəxs olduğunu öyrənib.
Atasını axtarmağa başlayan Museridze, onu heç gözləmədiyi bir yerdən tanıdığını aşkar etdi. Gənc qadın, atasının Gürgen Korava olduğunu və onunla 3 ildir Facebook-da dost olduqlarını öyrəndi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub