ABŞ alimləri Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərdikləri insan beyin toxumasını təmsil edən orqanoidlərlə aparılan təcrübənin gözlənilməz nəticələrini açıqlayıb.
Mynews.az trt haber-ə istinadən xəbər verir ki, 2019-cu ildə həyata keçirilən təcrübədə aşağı Yer orbitində bir ay qalan bu mini beyin strukturları yalnız sağlam qalmayıb, həm də Yerdəki analoqlarından daha sürətlə inkişaf edib.
Skripps Tədqiqat İnstitutunun molekulyar bioloqu Ceyn Lorinq "Bu hüceyrələrin kosmosda sağ qalması böyük bir sürpriz oldu" deyərək bu tədqiqatın neyrodegenerativ xəstəliklərdən təsirlənən digər beyin bölgələrini araşdırmaq üçün yeni imkanlar yaratdığını bildirib.
Orqanoidlər birbaşa toxuma və ya kök hüceyrələrindən əldə edilən, orqan funksiyasını yerinə yetirə bilən üç ölçülü hüceyrə qruplarıdır. Struktur və funksional olaraq orqanoidlər alındığı toxumaya bənzəyir.
![]()
Bu, yalnız astronavtların sağlamlığı üçün deyil, həm də Yerdəki tibbi tədqiqatlar üçün böyük əhəmiyyət kəsb edir. Mikroqravitasiya mühiti, xəstəliklərin modelləşdirilməsi və dərmanların hazırlanmasında yeni imkanlar yaradır.
Kosmosda inkişaf edən orqanoidlərin daha tez yetişdiyi, lakin hüceyrə çoxalmasının daha yavaş olduğu, həmçinin stresslə əlaqəli genlərin daha az ifadə edildiyi və iltihabın daha aşağı olduğu müşahidə edilib. Bu nəticələr mikroqravitasiya mühitinin insan beyin strukturlarına daha yaxın olması ilə əlaqəli ola bilər.
Qeyd edək ki, alimlər növbəti mərhələdə Alzheimer xəstəliyindən ən çox təsirlənən beyin bölgələrini araşdırmağı planlaşdırırlar.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub