Sankt-Peterburqda yolun hərəkət hissəsi ilə qaçan lüt kişi saxlanılıb. Bu barədə Mynews.az “Sankt-Peterburq xəbərləri” Telegram kanalına istinadən məlumat yayıb.
Primorski rayonunda lüt halda küçə ilə qaçan kişi saxlanılıb. O, paltarsız yolun qarşısına keçib, avtobus dayanacağında dincəlib, küçə boyu qışqırıb və yoldan keçənlərin gözü qarşısında özünü nümayiş etdirib.
Hadisə şahidləri Sankt-Peterburq sakinini videoya çəkiblər. Kadrlarda kişinin əvvəlcə yolun hərəkət hissəsi ilə necə qaçdığı, daha sonra yolda dayanaraq nəqliyyatın hərəkətinə mane olduğu görünür. Eyni zamanda əyilir, nəsə qışqırır və qarnına toxunur. Onlar Sankt-Peterburq sakininin avtobus dayanacağında necə gəzdiyini, sonra paltarını necə bükdüyünü də çəkiblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub