Yeni il günü müxtəlif ölkələrdə fərqli ənənələr müşahidə olunur. Məsələn, bu günlərdə üzüm yemək ənənəsi insanların diqqətini çəkən rituallardan biridir.
Mynews.az bu barədə maraqlı məlumatları təqdim edir:
İspaniyada və bəzi Latın Amerikası ölkələrində Yeni il gecəsi saat 12-də hər zəng sədası ilə birlikdə 12 üzüm yeyilir. Hər üzüm ilin bir ayına uyğun gəlir və yaxşı şans gətirəcəyinə inanılır.
Yaponiyada Yeni il gecəsi məbədlərdə 108 dəfə zəng çalınır. Bu ritualla insanların il ərzində etdikləri günahlardan qurtulacağına inanılır və yeni ilə təmiz bir ruhla girirlər.
Rusiyada bəzi insanlar saat 12-də diləklərini bir kağıza yazır, sonra kağızı yandırır və külünü bir stəkan şampanla içirlər. Bu ritualla diləklərinin reallaşacağına inanırlar.2
Yunanıstanda Yeni il gecəsi “Vasilopita” adlı xüsusi bir şirin çörək hazırlanır. Çörəyin içinə bir sikkə qoyulur və onu kəsərkən kim sikkəni tapırsa, həmin şəxsə ilin şans gətirəcəyinə inanılır.
Bir çox Latın Amerikası ölkələrində və İtaliyada insanlar Yeni il gecəsi qırmızı rəngdə alt paltarı geyinirlər. Bunun sevgi və ehtiras dolu bir il gətirəcəyinə inanılır.
Filippinlər Yeni il gecəsi süfrələrinə 12 dairəvi meyvə qoyurlar. Dairə, pul və bolluq simvolu olaraq qəbul edilir və hər meyvə ilin bir ayını təmsil edir, uğur gətirəcəyinə inanırlar.
Danimarkada insanlar Yeni il gecəsi qapılara köhnə boşqablar atırlar. Daha çox boşqab sındıranın daha çox dost qazanacağına inanılır.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub