Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc edilmiş Dünya Pasport İndeksində 70-ci yerini qoruyub.
Mynews.az xəbər verir ki, Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız səfər edə bilərlər.
Reytinq cədvəlində Gürcüstan Moldova ilə birlikdə 44-cü yeri (122 vizasız istiqamət) bölüşüb. Ermənistan da 68 vizasız istiqamətlə 74-cü yerdə mövqeyini qoruyub.
Bu il Sinqapur pasportu ən güclü pasportdur. Bu ölkənin vətəndaşları 195 ölkəyə vizasız və yaxud çatdıqdan sonra viza almaqla səyahət edə bilərlər.
İkinci yeri Yaponiya tutub, bu ölkənin vətəndaşları üçün 193 istiqamət vizasız əlçatandır.
3-cü yerdə Finlandiya, Fransa, İtaliya, Almaniya, Cənubi Koreya və İspaniya (192 ölkə və ərazi) qərarlaşıb. 4-cü yeri Avstriya, Danimarka, İrlandiya, Lüksemburq, Niderland, Norveç və İsveç bölüşüb, bu ölkələrin vətəndaşları 191 ölkəyə vizasız və yaxud çatdıqdan sonra viza almaqla səyahət edə bilərlər. İlk 5-liyi Belçika, Yeni Zelandiya, Portuqaliya, İsveçrə və Böyük Britaniya (190 ölkə) tamamlayır.
İlk onluğa Avstraliya, Yunanıstan (189 ölkə); Kanada, Malta, Polşa (188 ölkə); Çexiya, Macarıstan (187 ölkə); Estoniya, ABŞ (186 ölkə); Latviya, Litva, Sloveniya, BƏƏ (185 ölkə) daxildir.
Türkiyə və Rusiya reytinqdə 46-cı yeri tutub.
İndeks dünyanın ən böyük və dəqiq turizm məlumat bazasını dəstəkləyən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) eksklüziv və rəsmi məlumatlarına əsaslanır.
1
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
1041 dəfə oxunub
2
Tramp İrana təşəkkür etdi
1036 dəfə oxunub
3
Tanınmış həkim qəfil vəfat etdi
1005 dəfə oxunub
4
“Qalatasaray”ın ulduzu həbs edildi
971 dəfə oxunub
5
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
954 dəfə oxunub