Rusiya KİV-i Kremlin və Rusiya Federasiyası hökumətinin məmurları arasında gəlirlərin səviyyəsi üzrə liderləri müəyyən edib.
Mynews.az xəbər verir ki, siyahıda ilk pilləni Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviçin həyat yoldaşı, azərbaycanlı Zümrüd Rüstəmova tutub. Onun gəliri il ərzində 141 milyon 903 min rubl təşkil edib. Zümrüd Rüstəmova 1970-ci il təvəllüdlüdür. Moskva iqtisadi-statistik institutunun axşam bölməsini bitirib. Onlar Arkadi Dvorkoviçlə 2001-ci ildə ailə həyatı qurublar.
Hazırda cütlük üç oğul tərbiyə edir. Qeyd edək ki, Z.Rüstamova "Polimetal" filiz mədən şirkətinin baş direktorunun müavinidir. Keçmişdə o Rusiya Federasiyasının mülk əlaqələrinin nazir müavini idi. Xatırladaq ki, qız Dərbənddə yaşayan azərbaycanlıdır.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub