Dramaturq Firuz Mustafa "Yutub" sosial platformasında başına gələnlərdən şikayət edib.
Mynews.az bildirir ki, o bu barədə Facebook hesabından statsu paylaşıb.
"Çox maraqlı bir məsələ ilə qarşılaşmışam. Deməli, məsələ belədir: son vaxtlar pyeslərim əsasında müxtəlif teatrlarda müxtəlif dövrlərdə hazırlanmış pyeslərimi “Yutubda” yerləşdirmək fikrinə düşmüşəm. Mənim elə əsərlərim var ki, pontomim xarakterlidir; yəni tamaşa boyu hadisələri musiqi təqib edir. İndi bir fikir verin. Teatrların birində oynanılmış “Qarışqa tələsi” pyesimdə tamaşa boyu Qara Qarayevin və Vaqif Mustafazadənin musiqi əsərlərindən istifadə olunub.

Yəni rejissor haqlı olaraq öz bəstəkarlarımıza müraciət edib. Xub. Amma məsələ burasındadır ki, həmin əsər “Yutuba” qoyulan zaman musiqi səsi birdən “xırp” kəsildi. Sən demə, hansısa beynəlxalq şirkət həmin musiqilərə sahiblik edirmiş və əsər internet səhifəsinə yerləşdirilən kimi avtomatik “silinirmiş”. Bir az başqa cür desəm, həmin şirkət istədiyi (və ya istəmədiyi) musiqinin səslənməsinə istənilən zaman embarqo qoymaq hüququna malik imiş. Sözün qısası, vaxtilə teatrda musiqinin müşayiəti ilə oynanılan əsər internetdə “səssiz” göstərilməli oldu. Bütün bunlar öz yerində. Barı heç olmasa görəsən bizim o məşhur bəstəkarların musiqisinin “keşiyində dayanan”, yəni müəllif hüquqlarını qoruyan şerkətlərin sahibləri özümüzünkülərdirmi?"
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub