Azərbaycan bir sıra ölkələrlə viza rejimini sadələşdirib. Belə ki, Maldivlərlə ümumvətəndaş pasport sahibləri, Dominika ilə isə diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəliş barədə sazişlər imzalanıb.
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, yeni qaydalardan sonra Azərbaycandan Maldivlərə gedən turistlərin sayında artım ola bilər:
"AZAL vasitəsilə Maldivlərə birbaşa reyslərin açılması həm yerli turistlər, həm də qonşu ölkələrdən səyahət edənlər üçün əlavə imkanlar yaradır. Azərbaycan vətəndaşları üçün vizasız ölkələrin sayının çoxalması da üstünlükdür”.
Ekspert qeyd edib ki, Maldiv vətəndaşlarının Azərbaycana səfərləri isə inandırıcı deyil:
"Çünki həmin ölkə əsasən turizmlə yaşayan bir dövlətdir. Qeyd edim ki, Maldivlər artıq bir çox ölkələrlə viza rejimini ləğv edib”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub