Rejissor Ceyms Kemeronun "Avatar” filmi kino tarixində ən çox gəlir gətirən trilogiya olub.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, üç filmin ümumi gəliri 6 milyard dollardan çoxdur. Bu nəticəyə üçüncü hissə olan "Alov və Kül”ün uğuru nail olub. Film dünya üzrə 760 milyon dollardan çox qazanc əldə edib.
2009-cu ildə çıxan "Avatar”ın birinci hissəsi hələ də bütün zamanların ən çox gəlir gətirən filmi olaraq qalır. Dünya üzrə gəliri 2,9 milyard dollardan çoxdur. "Avatar”ın ikinci hissəsi isə 2,3 milyard dollarla üçüncü yerdədir.
Əvvəlki rekord isə "Ulduz müharibələri”nin üçlüyü — "Qüvvənin Oyanışı”, "Son Jedi” və "Skywalker: Yüksəliş” filmlərinə aid idi. Onların ümumi gəliri təxminən 4,4 milyard dollar təşkil edirdi.
1
Bir gündə Türkiyədə dörd dəfə zəlzələ olub
379 dəfə oxunub
2
UEFA Millətlər Liqası: Millimiz Litvaya qol vurdu
354 dəfə oxunub
3
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
345 dəfə oxunub
4
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
323 dəfə oxunub
5
İbrahim Borçalının evində toy olacaq
313 dəfə oxunub