USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Türkdilli erməni qız hər kəsi şoka saldı - VİDEO

22:38 27.01.2026
Türkdilli erməni qız hər kəsi  şoka saldı - VİDEO
22:38 27.01.2026

Sosial şəbəkələrdə yenidən trendə çevrilən görüntülər hər kəsin marağına səbəb olub.

Mynews.az xəbər verir ki, video 2025-ci ilin sentyabrında ilk dəfə paylaşılıb.

Görüntülərdə əslən erməni, ixtisasca dilçi olduğunu bildirən gənc qız Rusiyanın cənub-qərbində, erməni kəndindən olduğunu bildirir. O, dillərinin necə səsləndiyini göstərmək üçün bir nağıl da oxuyur.

Nağıl tər-təmiz türkcədə, daha doğrusu Azərbaycan dilindədir.

Hazırda Rusiyada yerləşən bu kəndin əslində Azərbaycandan köçdüyü düşünülür. Ehtimal edilir ki, müsəlmanlığı qəbul etməyən Alban türklərindən olan bu əhali bir müddət sonra Rusiyaya köçmüş, Alban kilsələrinin ermənilərə verilməsi haqda 1834-cü il çar sərəncamından sonra “erməni” adlanmağa başlamışlar.

Qeyd edək ki, hazırkı ermənilərin içində müsəlmanlığı qəbul etməyən ilk xristian türklərin olduğu və onların sonradan erməniləşdiyi haqda nəzəriyyə bir çox faktlarla təsdiqlənir.

Hər bir halda bu istiqamətdə tarixçilərin rəyinə ehtiyac var.

Videonu təqdim edirik:


Xəbər lenti