“YouTube”-un ən məşhur simalarından olan Qreqori Alan Lazarato 1992-ci ildə Kanadada dünyaya göz açıb. Kiçik yaşlarından üzgüçülüyə meyl göstərən Lazarato bu sahədə çempionluq da qazanıb.
Mynews.az xəbər verir ki, onu dünyaya tanıdan isə kişi olaraq qoşulduğu “Youtube” dünyasından qadın cildində çıxmasıdır. Bütün bunlar isə izləyicilərin gözü önündə baş verib. Onun videolarının 140 milyondan çox izləyicisi var.
İlk dəfə “YouTube”-a 16 yaşında cinsi azlıq kimi qoşulan Lazarato makiyaj videoları paylaşmaqla, çoxsaylı izləyici toplayıb. Braun Universitetində moda təhsili almağa başlasa da, karyerası üçün təhsilini yarımçıq qoyub.
2012-ci ildə qan xərçəngindən əziyyət çəkən anasını itirən Qreqori böyük bir travma alıb. Bir ildən sonra isə o, tamamilə başqa bir adama çevrilib. Özünü trans kimi tanıtmağa çalışaraq, qadın görkəmi almağa başlayıb.
2013-cü ildən hormon dəyişmə əməliyyatı, burun və süd vəzi əməliyyatı keçirərək, üz cizgilərini incələşdirmə prosedurları alıb. Beləliklə, Qreqoridən Qiqi Qorqeusa çevrilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub