Ərəb şeyxlərinin "at oynatdığı" Dubayın GİZLİ ÜZÜ 16 DƏHŞƏTLİ FAKT - FOTOLAR

2372
Ərəb şeyxlərinin "at oynatdığı" Dubayın GİZLİ ÜZÜ 16 DƏHŞƏTLİ FAKT - FOTOLAR

Dubay - dünyanın ən qəribə və maraqlı şəhərlərindən biridir. Bütün bu dəbdəbəli göydələnlər, bahalı maşınlar, tonlarla qızıl şübhəsiz ki, cəlbedici görünür. Həm də Dubayda hava ilboyu gözəldir. Lakin, məlum olduğu kimi, günəşdə də ləkələr var.

Mynews.az Publika.az-a isrinadən bu yazıda oxucuları Dubay haqqında çox az adama məlum olan qaranlıq tərəfləri ilə tanış edib.

Fəhlələr vəhşi istidə də gündə 14 saat çalışır

2

Dubay inanılmaz sürətlə inkişaf edir və hər gün yeni-yeni binalar tikilir. Lakin tikinti üçün böyük işçi qüvvəsi lazımdır, elə deyilmi? Bəli, kasıb insanlar çox ağır şəraitdə də 14 saatadək işləyir. Yeri gəlmişkən, yayda temperatur 48 dərəcəyə qədər yüksələ bilər. Dubayda turistlərin belə istidə günün altında beş dəqiqədən çox dayanmamasını məsləhət görülür. Təəssüf ki, onlar işçilər barədə eyni fikirdə deyillər. Təbii ki, bu amil ölüm halların artmasına səbəb olur, Dubayın pulları isə bütün bu problemləri sakitcə örtür.

İctimai yerdə öpüş həbs cəzası ilə nəticələnir

3

Dubayda çəkilən şəkillər elə təəssürat yaradır ki, sanki bu şəhərdə olduqca liberal qaydalar hökm sürü, əslində heç də belə deyil. Ərəb milyarderlərinin şəkilləri sizi çaşdırmasın. Qadın və kişi mövzusunda ərəblərin ciddi qaydaları var. Məsələn, ictimai yerlərdə öpüşmək qəti qadağandır. Bəli, orada öpüşmək, hətta qadının əlindən tutmaq olmaz. Turistlər bu qaydaları pozarsa, böyük cərimə ödəmək məcburiyyətində qalır, hətta həbsxanaya (belə hallar olub) düşə bilərlər.

Seks-köləliyi

4

Orada sekslə, narkotik və alkoqolla bağlı olan qanunlar olduqca sərtdir. Gündüzlər qızın küçəni əlləri açıq şəkildə keçməsi də problemlərə səbəb ola bilər. Lakin gecənin düşməsi ilə hər şey dəyişir və Dubayın gecə həyatı canlanır. Orada saatı 500 dollara öz xidmətlərini təklif edən 30 000-dən çox fahişə fəaliyyət göstərir. Elə də sərfəli səslənmir, amma, görünür ki, Dubay qiymətləri belədir. Əsas problem başqadır: İri biznes fahişəliyi dəstəkləyir və təşviq edir, hərçənd ki, o da qanunsuzdur. Bu, necə deyərlər, ənənəvi gəlir mənbələrindən biridir və Dubayın çirkli sirri hər kəsə məlumdur. Polislər isə "ağ köləliyə”, yəni seks-ticarətinə göz yumur.

Böyük su ehtiyatlarının boş yerə xərcləməsi

5

Dubay səhrada yerləşir. Bu isə o deməkdir ki, içməli su ilə bağlı problemlər qaçılmazdır. Əlbəttə ki, varlı ərəblərin pulları “ağacda yetişir” və bu məsələlər onlar üçün asanlıqla həll olunur. Üstəlik suya qənaət etmirlər. Məsələn, Dubayda nəhəng qolf-meydanılarının çəmənliklərini suvarmaq üçün tonlarla su boş yerə axıdılır. Burada varlılar hər şeyə qayğısız yanaşması ilə seçilir. Hansı müqayisəni aparmaq daha yaxşıdır? Səhrada şərab, yoxsa xəstəlik vaxtı bayram?

Neft qutaranda Dubay mis ləyənlə əhatə olunacaq

6

Əgər sizin qara qızılınız varsa, səhranın ortasında cənnət qurmaq elə də çətin deyil. Ümumiyyətlə, bu, Yaxın Şərqi, o cümlədən BƏƏ-nin əsas sərvətidir. Amma bu vəziyyət əbədi davam edə bilməz. Araşdırmalara görə, neft 20 ildən sonra tükənəcək və ya onun qiyməti elə yüksək həddə qalxacaq ki, insanlar digər enerji mənbələrinin axtarışına keçəcək. Və onda Dubay sadəcə sabun köpüyü kimi yoxa çıxacaq. Bura gələcək haqqında düşünmədən çoxlu pulları göyə sovuran ən bariz “nümunəvi” şəhər olacaq.

Vəhşi irqçilik

7

Biz 21-ci əsrdə yaşayırıq və artıq insanlar irqçiliyi normal hal hesab etmir. Lakin bəşəriyyət istisnaları ilə təəccübləndirməyə həmişə hazırdır.

İrqçilik Dubayın hərəkətverici qüvvəsidir. Bu şəhərin vəhşi qaydaları insanı pasportuna əsasən mühakimə edir. Məsələn, eyni bir işə görə amerikalılara və avropalılara iki-üç dəfə çox pul verirlər, nəinki digər “üçüncü” ölkələrdən gələn mühacirlərə. Yəni, insanlar bilik və bacarıqlarına görə deyil, milliyətinə görə qiymətləndirilir.

Əmək köləliyi

8

Zahirən Dubay gözəldir, lakin dərindən diqqət yetirəndə cəhənnəmdə çiçəklənən əmək köləliyini görməmək mümkün deyil. Əlbəttə ki, hər şey qanuni və rəsmidir, ancaq təcrübə göstərir ki, Hindistan, Pakistan və Çindən bura işləməyə gələn insanlar işəgötürənlərin tam asılılığına düşür. Onlardan pasport alınır, vaxtından artıq işləməyə vadar edilir və bütün bunların əvəzində qəpik-quruş verilir. Beləliklə, insanların bu ölkədə yaxşı yaşaması haqqında qurduğu arzuları alçaldıcı reallığa çevrilir.

Ətraf mühitə qarşı biganəlik

9

İrimiqyaslı tikintilər çirkli sulara və böyük sayda kimyəvi tullantılara gətirib çıxarır. Ətraf mühitin mühafizəsi və təmizləyici sistemlər barədə heç kim düşünmür, bütün zibillər sadəcə olaraq bir yerə yığılır və birbaşa dənizə boşaldılır. Dövlət buna necə reaksiya verir? Sıfır reaksiya ilə! Hamı bu mövzuda sükutu pozmamağa üstünlük verir. Üstəlik, belə mövzuları qaldırmaq təhlükəlidir, bu, ölkədən sürgünlə nəticələnə bilər.

Sürətli ölüm

10

Dubayda sonsuz sayda bahalı avtombillər var. Yollarda ən nadir və bahalı avtomobil modelinə rast gəlmək olar. Əlbəttə ki, yeni idman avtomillərinin böyük sürətlə şəhərdə şütüməsi “maraqlı” mənzərəyə səbəb olur. Lakin, bu medalın əks tərəfi də var. Maşın burada həyat üçün təhlükəlidir: Sürücülərin əksəriyyəti yol hərəkəti qaydalarına əməl etmir və müsbət keyfiyyətləri öyünmürlər. Dolayısı ilə sürət sevən ərəblər yollarda təhülkəli vəziyyət yaradaraq ölüm hallarının artmasına səbəb olur.

Dubayda hər şey sünidir

11

Dubayda uzun müddət yaşayan və işləyən insanların sözlərinə görə, orada bütün ağaclardan tutmuş üzlərdəki təbəbssümə qədər hər şey süni və saxtadır. Varlılar Dubayı - orada bütün dünyadan insanların özlərini krallar kimi hiss edə bildiyi süni yer kimi tikdirib. Təəssüf ki, çox az adam başa düşür ki, bütün gözəlliklər insanlarda saxta və boş emosiyalar doğurmaq, həmçinin onlardan pullar qopartmaq üçün yaradılıb.

Qanunlar kasıblara qarşı çox sərtdir

12

Bəli, Dubayda qlamur əyləncə gecələri, dəbdəbəli avtomobillər və varlı adamlar çoxdur. Eləcə də işsiz qalan bədbəxt kasıblar da çoxdur. Bir çoxları Dubaya ən yaxşı həyat ümidi ilə gəlib, amma qanunlar burada o qədər amansızdır ki, hər hansı borcu və cərimənin ödənilməsini unutmaq, həbsxanaya düşmək deməkdir. Bu, transmilli korporasiyaların əməkdaşlarına da aiddir. Əgər şirkətin hansısa problemləri olarsa, problemlər onun əməkdaşlarına aid edilir. Fəhlələrin əllərindən evləri alınır, özlərini isə həbsə göndərirlər.

Sonapur

13

Sonapur Dubayda demək olar bütün kasıbların yaşadığı kiçik şəhərdir. İllər keçdikcə bu yer başqa ölkələrdən gələn fəhlələrin məskunlaşdığı bir iş gettosuna çevrilib. Bəzi məlumatlara görə, Sonapurda 150 000-dən artıq işçi dözülməz şəraitdə yaşayır, daha doğrusu, sağ qalır. Kiçicik otaqda səkkiz və daha çox adam yaşayır. Gigiyena qaydaları barədə danışmağa dəyməz. Ən acınacaqlısı yeməklərin adamlarına sayına görə verilməməsidir. Çoxu günlərlə ac-ylavac qalır... Dövlət bu problemi necə həll edir? Adiyyəti qurumlar belə hesab edir ki, bu adamlar mehmanxana və göydələnlər tikmək bacarığını itirməyibsə, heç bir problem yoxdur.

Yırtıcı heyvanlar Dubayda vəhşilik etmir

14

Ərəblərin pulları o qədər çoxdur ki, Dubayda pullarını necə və hara xərclədiyini bilmirlər. Kimsə qızıl avtomobil alır, kimsə dollarla dolu hovuzda çimir. Səhv başa düşməyin, əgər bu, heç kimə zərər gətirmirsə, niyə də çimməsinlər? Amma yırtıcıların ev heyvanları kimi saxlanması çox populyardır. Şeyxləri daha itlər və pişiklər məmnun etmir, onlar üstünlüyü panter, bəbir, pələng, şir və ya başqa ekzotikaya verir. Heyvanların əziyyət çəkməsi onların vecinə də deyil.

Söz azadlığı Dubayda əfsanədir

15

Dubay - hökumət icazə verməyənə qədər öz fikirlərini azad ifadə edə bilmədiyin yerlərdən biridir. Əks halda məxfi polis dərhal öz işinə başlayır, "Qiyamçıya" iki seçim: ya susmaq, yaxud hər şeyi itirmək təklif edilir. Əgər əvvəlki iki seçim sizi qane etmirsə, hərdən üçüncü variant kimi həbsxanaya düşməyi seçə bilərsiniz. Lakin adətən bütün birinci variantı seçirlər. Xüsusən əhalinin 80 faizdən çoxunun immiqrantlar olduğunu nəzərə alsaq, hökumətlə mübarizə aparmaq demək olar ki, mənasızdır.

Vətəndaşlıq əldə etmək haqqında qanunlar o qədər dolaşıq və hiyləgərdir ki, çoxlu pul ödəmədən onu almaq mümkün deyil. Dubayda 20, 50, 100 il də yaşasanız, bu, sizə viza məsələlərində kömək etməyəcək. Odur ki, həddən çox çərənləyirsinizsə, diqqətli olun, sizi xoş heç nə gözləmir.

Dubayı diktatorlar idarə edir

16

Şeyxlər şəhəri bax belə fərqli və ziddiyyətlərlə doludur. Bütün dəbdəbə əhalinin böyük hissəsinin yoxsulluğu və köləliyinin fonunda əxlaq qaydalarına zidd görünür. Amma isti günəş vannası qəbul etmək istəyən turistlər bu, elə də vacib deyil. Turist kimi sakit okeanın əhatəsində yerləşən şəhərə yollanmaq həmişə əla ideya ola bilər. Hətta bizim yuxarıda sadaladığımız xoşagəlməz faktlar parıldayan qızıl şəhərin imicini ciddi şəkildə pozsa da, turistlərin axını davam edir.

Xəbər lenti