Arxeoloqlar Birmada aşkar edilmiş kəhrəbada elmə məlum olmayan həşərat tapıblar.
Mynews.az “gazeta.ru”ya istinadən xəbər verir ki, arxeoloqlar tapıntı barədə “Cretaceous Research” jurnalına danışıblar.
Ekspertlər həşəratın 100 milyon yaşı olduğunu bildiriblər. Onun üçkünc başı və irəliyə çıxmış böyük gözləri var. Bu tapıntını mövcud həşərat dəstələrinin birinə də aid etmək mümkün deyil. Onun bədən quruluşu məlum həşəratların birinə də oxşamır. Odur ki, tapılan həşərat ayrıca “Aethiocarenodea” dəstəsinə aid edilib və “Aethiocarenus burmanicus” adlandırılıb.
Həşərat, güman ki, hər şey yeyib. Onun uzun və nazik bədəni, uzun ayaqları var. Görünür ki, o, cəld hərəkət edirmiş, baş və bədən quruluşuna görə isə 180 dərəcə görmə dairəsinə malik olub. Bundan başqa, onun boynunda vəzilər yerləşib. Ola bilsin ki, bu vəzilər yırtıcıları hürküdən maye ifraz edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub