Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar.
Mynews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.
Onun sözlərinə görə, Məhərrəm ayı artıq çıxıb. Bu gün artıq Səfər ayının 11-dir. İmamın qırxına qədər milli adət-ənənələrə və mənəvi dəyərlərə görə toy məclisləri keçirilmir:
"Miladi təqvimdə aylar 30 və 31 gün olur, yalnız fevral ayı 28 və ya 29 gündən ibarətdir. Müsəlman təqvimində isə aylar 29 və 30 gün olur. Məhərrəm ayı artıq bitib, indi Səfər ayının 11-dir. Adət-ənənəyə görə, İmamın qırxına qədər toy edilmir. İmamın qırxı isə Səfər ayının 20-də çıxır. Ondan sonra da daha on gün gözlənilir. Səfər ayı bəzən bəzən 29, bəzən isə 30 gün olur. Bu il Səfər ayı avqustun 13-də bitəcək. Avqustun 14-ü artıq Rəbiül-əvvəl ayının biri olacaq. Bu, müsəlman təqviminin üçüncü ayıdır. Avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar”.
Qeyd edək ki Azərbaycanda Məhərrəm ayı iyunun 16-sı başlamışdı. Aşura günü isə 25 iyun 2026-cı il tarixinə təsadüf edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
347 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
291 dəfə oxunub
3
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
277 dəfə oxunub
4
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
276 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
114 dəfə oxunub