Bir-birini sevən cütlüklər xarici ölkələrə səfər zaman həmin ölkələrdə mövcud olan qanunlara diqqətlə yanaşmalıdırlar. Çünki bəzi ölkələrdə ictimai yerlərdə davranış qaydaları, o cümlədən insanların öpüşməsi ilə bağlı sərt qaydalar tətbiq olunur.
Mynews.az Modern.az-a istinadla öpüşün qadağan olunduğu 5 ölkəni təqdim edir.
Birləşmiş Ərəb Əmirlikləri
Öpüşlə bağlı ən sərt qaydalar müsəlman ölkələrində mövcuddur. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə adi öpüşə görə 10 günə qədər həbs cəzası var. Dubayda isə ictimai yerdə öpüşə görə 1000 dollar cərimə təyin olunub.
İndoneziya
İndoneziya öpüşə münasibətdə ən sərt ölkələrdən sayılır. Burada öpüş qanunvericilikdə pornoqrafiya ilə bərabər tutulur. Məhz bu səbəbdən də, 10 ilə qədər həbs cəzası tətbiq olunur.
Meksika
Meksika ən dindar xristian ölkələrindən sayılır. Buna görə də, yerli sakinlər ehtirasla öpüşən cütlükləri narazılıqla qarşılayırlar. Ölkənin Duranqo və Miçoakan ştatlarında isə ictimai yerlərdə öpüşə görə 250 dollar cərimə tətbiq edilir.
Böyük Britaniya
Məşhur London metrosu bu günə qədər öpüşməyə icazənin verilmədiyi məkanlardan sayılır. Uzun illərdir ki, fəaliyyət göstərən qanun yalnız 1 stansiyada cütlüklərin öpüşməsinə icazə verir.
Fransa
Fransa adətən hüquq və azadlıqların sərhəd tanımadığı liberal ölkələrdən hesab olunsa da, öpüşlərlə bağlı burada da maraqlı qadağa mövcuddur. Belə ki, Parisin dəmir yolu vağzallarında vidalaşarkən öpüşmək olmaz. 1910-cu ildə qəbul olunmuş qanun qatarların hərəkət vaxtının gecikməməsi üçün atılmışdı və bu günə qədər qüvvədən düşməyib.