Zodiak işarələrinin hər birinin öz müsbət və mənfi cəhətləri var. Müxtəlif bürclərin günaha batdığı xarakterik xüsusiyyətləri və davranış tərzi də var. Məhz bu xətalara görə də onlar həmişə həyatdan zərbə alır. Bunu ilahi ədalətin bumeranq qanunu da adlandırmaq olar. Hər bir insan əməllərinə görə, öz cəzasını çəkir, bəzən isə xırda səhvlər çox dəhşətli nəticələnir.
Astroloqlar bürclərin həyatda ən çox etdiyi səhvləri və başlaırna gələnlərin reytinqini tərtib edib.
Qoç
Bu bürcün nümayəndələri dediyi sözlərə fikir verməlidir, çünki məhz onlar bumeranq şəklində tez-tez qayıdır. Məsələ burasındadır ki, Qoçlar dilinin bəlasına düşür. Onlar çox vaxt əvvəlcə deyir, sonra düşünürlər. Və belə hesab edirlər ki, istənilən sözü üzə demək olar, amma bəzən bu, insanlara əzab verir!
Buğa
Buğa bürclərinin özündən razılığı və özlərinə yüksək qiymət verməsi, sevgi romanlarının uğursuzluqla başa çatmasına səbəb olur. Buğalara elə gəlir ki, onlar - ideal tərəfdaşdır, buna görə də münasibətlər üzərində səy göstərmirlər. Nəticə - uğursuzluq!
Əkizlər
Onlara bumeranq tənhalıq şəklində gəlir. Məsələ ondadır ki, bu bürcün nümayəndələri ətarfdakıların diqqət və qayğısını lazımınca qiymtələndirmir. Məhz buna görə də Əkizlər bəzən dostlarsız yaşamaq məcburiyyətində qalır.
Xərçəng
Onlar manipulyasiya və nəzarət etməyi sevir. Ulduzlar isə hər şeyi yaxşı görür və bunu cavabsız qoymur. Nəticə etibarı ilə həyatlarında onların çox iyrəndikləri xaos hökm sürürməyə başlayır.
Şir
Bu bürclərin xudbinliyi ətarfını özü kimi insanların əhatə etməsinə gətirib çıxarır. Şirlər yalnız özü və ən yaxın insanlar haqqında düşünür. Odur ki, tale onların ətrafdakılara mənfi münasibətini bumeranq olaraq qeyri-səmimi dostlarla mükafatlandırır.
Qız
Qız bürcləri daim uğursuzluq və ən pis ssenariləri haqqında düşünür, ulduzlar da öz növbəsində onların bu arzularını həyata keçirir. Axı bu qədər pessimist olmaq və neqativ düşünmək olmaz! Beləliklə də Qızların başına gələn bütün uğursuzluqlar elə buradan qaynaqlanır.
Tərəzi
Bu bürcün nümayəndələri öz həyat tərzinə (pul sovururlar, pis qidalanır, səhhətləri barədə düşünmür və özlərinə qayğı göstərmirlər) nadir hallarda diqqət edir. Ulduzlar da bunun müqabilində onlara günlük həyatda əzab-əziyyət göndərir.
Əqrəb
Əqrəb bürcləri öz intriqa və manipulyasiyalarına, həmçinin doğma insanlara qarşı laqeyd münasibətinə görə tez-tez problemlərlə rastlaşırlar. Ulduzlar elə edir ki, bu bürcün nümayəndələri insanlarla tez-tez münaqişə yaşamalı olur.
Oxatan
Bu bürclər həddindən artıq lovğa və şöhrətpərəstdir. Onlar öz qələbələri uğrunda heç kimə fikir vermədən mübarizə aparır. Buna görə Kainat onları daim xırda maneələrlə cəzalandırır.
Oğlaq
Oğlaqlar hədsiz qürur və ciddiliyinə görə, gülünc və bacarıqsız hala düşür. Bəzən belə də lazımdır!
Dolça
Bu bürcün nümayəndələri adətən öz fikir və mövqeyini başqalarına sırımağa çalışır. İnsanlar onlarla razılaşmadıqda, aqressiv reaksiya göstərirlər. Bu cür davranış Dolçalara ailə problemləri və dostlarının xəyanəti şəklində qayıdır.
Balıq
Onlar özləri özlərini cəzalandırır, çünki Balıqlar xəyallar aləmində yaşayır və acı reallığı qətiyyən qəbul etmək istəmirlər. Onlar ümumi müzakirəyə qoşulub öz təxəyyülünün məhsullarını bildirməyə çalışanda heç kim onları ciddi qəbul etmir.
Yekun olaraq onu deyə bilərik ki, ətrafdakılarla davranış və münasibətlərinizə fikir verin. Çünki Kainatda ilahi ədalət mövcuddur və bu gözəgörünməz qüvvə heç nəyi cəzası qoymur!