Rusiyanın tanınmış modeli, teleaparıcısı, “Dom 2” telelayihəsindən məşhurlaşmış Viktoriya Bonya milyoner ərindən ayrıldıqdan sonra Los-Ancelesə köçüb.
Pərəstişkarları onun müvəqqəti olaraq istirahətə getdiyini düşünsələr də bir müddət sonra Bonya qızını fransızdilli məktəbə yazdırdığını İnstaqramda qeyd edib. Aktiv İnstaqram istifadəçisi olan model yeni sevgi münasibətində olduğunu bildirib.
Viktoriya etiraf edib ki, yeni sevgilisinin ziyalı olduğuna görə ona aşiq olub: “Onun dərin savadına vurulmuşam. Mən beyni, təfəkkürü olan kişiləri sevirəm”.
Yeni sevgilisinin kimliyi haqqında hələlik susan model münasibətlərinin ciddi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, 38 yaşlı Viktoriya Bonya Monako milyonçusu Aleks Smerfitlə 7 illik vətəndaş nikahından sonra ayrılıb. Cütlüyün 5 yaşlı qızı var. Bonya milyonçu ilə 2010-cu ildə Moskvada tanış olmuş, bununla da ucqar Çita şəhərindən gələn əyalət qızının üzünə tale gülmüşdü.



1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub