Çin cərrahları xəstənin qolunda yetişdirilən qulağın pasientin başına köçürülməsi əməliyyatını uğurla reallaşdırıblar.
Mynews.az-ın verdiyi məlumata görə, AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, martın 30-da Şensi əyalətinin Sian şəhərində həyata keçirilən əməliyyat 7 saat davam edib.
Tszi soyadlı şəxs qulağını təxminən bir il əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində itirmişdi. 2016-cı ilin noyabrında cərrahlar onun qolunda yeni qulağın yetişdirilməsi prosesini başa çatdırıblar.
Qulağın yaradılması üçün pasientin qabırğasından qığırdaq götürülüb. Qığırdaq onun qolunda dərinin altına yeridilib, sonradan isə 3D printerdə çap edilən xüsusi implantların köməyi ilə ona qulaq forması verilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub